Logo

Bakıda külək nə vaxt zəifləyəcək?

Bakıda külək nə vaxt zəifləyəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aprelin 13-ü saat 08:00-a olan məlumata əsasən, küləyin sürəti Bakıda 26 m/s, Çilov adasında 19 m/s, Neft Daşlarında 15 m/s müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Bildirilir ki, gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/s olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR