Zeynəb Kazımova bu vəzifəsində cəmi 12 gün qaldı
Kateqoriya məlum deyil
Hesablama Palatasının mətbuat katibi Zeynəb Kazımova vəzifəsindən ayrılıb.
Sfera.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
"Öz ərizəmlə Palatada tutduğum aparıcı məsləhətçi vəzifəsini, həmçinin icra etdiyim mətbuat katibi vəzifəsini tərk etdim", - deyə o bildirib.
Qeyd edək ki, Z.Kazımova bu vəzifəyə 12 gün öncə - martın 31-də təyin olunmuşdu.





