Azərbaycan neftinin qiyməti kəskin artdı
Cəmiyyət
09:35 / 12.08.2016
1612
Neftin digər markaları üzrə müşahidə edilən bahalaşma neftimizin qiymətinə də təsir edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,60 dollar və yaxud 3,53% bahalaşıb.
"AzeriLight” markalı neftin bir barelinin qiyməti 46,88 dollara bərabər olub.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.