Logo

Abşeronda iməclik və ağacəkmə keçirildi - FOTO

Abşeronda iməclik və ağacəkmə keçirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən müharibəsi qəhrəmanlarının yaşadığı yeni Yaşayış Kompleksində iməclik və ağacəkmə kampaniyası keçirilib.

Sfera.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan iməclikdə RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qaziləri və rayon ictimaiyyəti iştirak edib.

Ağacəkmə tədbirində ümumi sayı 1400-ə yaxın gül kolu, 200-dən çox Eldar şamı, çinar və digər həmişəyaşıl ağacların əkilməsi həyəta keçirilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmış, ərazidə mini park-guşələrinin yaradılması təmin edilib.

RİH başçısı Abdin Fərzəliyev Kompleksin sakinləri ilə görüşmüş, yaşayış məntəqəsinin problemləri ilə maraqlanıb.

Məlumat üçün bildirək ki, rayon ərazisində yaşıllıqların salıması və  ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.

Tədbir iştirakçıları daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, "Vətən uğrunda”, "İgidliyə görə”, "Ağdamın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” orden və medallarına layiq görülən Ataşov Asif Kərim oğlunun anadan olmasının 20-ci ili münasibəti ilə Xırdalan Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, şəhidimizin ruhuna dualar oxumuş, onun döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən söz açılıb.

Şagirdlər vətənə, qələbəyə aid şeirlər səsləndiriblər Sonra tədbir iştirakçıları Ataşov Asif Kərim oğlunun əvvəllər yaşadığı evə gedərək şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR