Ukraynadan gələn əcnəbilər ilk beşlikdədir – Turist sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 246 277 əcnəbi gəlib.
Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ən çox turist ilk beşlik üzrə Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukraynadan gəlib.
Qeyd edək ki, mart ayında ölkəmizə Türkiyədən 24244, Rusiyadan 17824, İrandan 15638, Gürcüstandan 5483, Ukraynadan isə 5327 əcnəbi səfər edib. Məlumat üçün bildirək ki, mart ayında ümumilikdə Azərbaycana 95 844 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü bu göstərici 45 110 nəfər təşkil edirdi.
Əzizə Zeynal






