16 yaşlı qız ana oldu: Araşdırma aparılır- YENİLƏNDİ
Kateqoriya məlum deyil
10:00
Gəncədə 16 yaşlı qız ana olub.
Sfera.az-a daxil olan məlumta görə, şəhər sakini S. Abbasova (ad soyadn şərtidir) Gəncə şəhər Abbas səhhət adına xəstəxanada doğum edib.
Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşında ailə həyatı qurması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirlir.
***
Xəbər verdiyimiz kimi, Gəncədə 16 yaşlı qız ana olub
Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, hazırda qeyd edilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb.
Onun sözlərinə görə, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə tezliklə hüquqi qiymət veriləcək.
Gülər
Sfera.az






