Şəhidin medalı ailəsinə təqdim olundu
Kateqoriya məlum deyil
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən İsmayıllı rayonunun Cülyan kəndindən olan şəhid Teymur Osmanlının ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edildiyi "Xocavəndin azad olunmasına görə” medalı şəhidin ailəsinə təqdim olunub.
Sfera.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi ilə birgə şəhidin ailəsi ziyarət olunub, səmimi söhbət edilib.

Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin atası Saday Osmanlı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.







