Logo

DİQQƏT: Sabah Bakıda içməli su...

DİQQƏT: Sabah Bakıda içməli su...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Maştağa və Buzovna qəsəbələrinin içməli su təchizatında məhdudiyyətlər olacaq.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar, avqustun 12-də gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR