Metroda niyə şəkil çəkdirmək olmaz? - AÇIQLAMA

Metroda niyə şəkil çəkdirmək olmaz? - AÇIQLAMA
Hamıya məlumdur ki, Bakı metrosunda foto çəkmək qadağandır. Bununla bağlı bütün stansiyalarda bununla bağlı xüsusi lövhələr də var.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, metropolitendə çəkilişin qadağan olunması Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında mövcuddur.

Bakı metropolitenin rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq olmaz:

"Çəkiliş üçün metropoliten rəhbərliyindən icazə alınmalıdır. Metroda icazə verilən çəkilişlər belə müşayətlə aparılır. Sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə məşğul olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Çəkilişlərin qadağan olunmasının əsas səbəbi sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır. Metropoliten strateji obyekt olduğuna görə, müəyyən qadağaların tətbiq edilməsi başadüşüləndir və birmənalı şəkildə qaydalara əməl olunmalıdır”- deyə B.Məmmədov bildirib.

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...