Logo

İsmayıllıda vətəndaşların səyyar qəbulu davam edir: problemlərin sürətli həlli...

İsmayıllıda vətəndaşların səyyar qəbulu davam edir: problemlərin sürətli həlli...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsmayıllı rayonunda vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir

Sfera.az-ın məlumatına görə, növbəti səyyar görüş Aşıqbayramlı kəndində keçirilib.

İsmayıllıda vətəndaşların səyyar qəbulu davam edir: problemlərin sürətli həlli...

Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.


Görüşdə vətəndaşlar tərəfindən kənddə elektrik və internet təchizatının yaxşılaşdırılması, Qarakolluq kəndinin girişində qəzalı vəziyyətdə olan körpünün təmir olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Görüşdən sonra təmirə ehtiyacı olan körpüyə yerindəcə baxış keçirilib. Sakinlərin diqqətinə çatdırılıb ki, körpü bələdiyyənin balansında olsa da, körpünün təmiri ilə bağlı layihə rayon icra hakimiyyəti tərəfindən 2023-2026-cı illər Dövlət İnvestisiya Proqramına salınması üçün İqtisadiyyat Nazirliyinə göndərilib.

Vətəndaşların digər müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR