Əməkdar artist: “Klubları bağlayırlar, bu yazıq cavanlar hara getsin?!”
Sfera.az xəbər verir ki, əməkdar artist bunları bildirib: "O Allahın yazısıdır, nə bilərdilər ki, orda elə bir hadisə baş verəcək?! Cavandılar da, vaxtlarını keçirdirlər. Birinin yuxusu gəlmir, biri istəyir ki, rahat otursun dincəlsin. Gəncdirlər, istəyirlər həyatlarını mraqlı yaşasınlar. Heç vaxt demək olmaz ki, "yaxşı oldu”, "getməzdi”, "nə işi var idi orda?!”. Klubları bağlayırlar, bu yazıq cavanlar hara getsin?! Gedib istirahət edirlər də.. Kim nə bilərdi ki, o hadisə baş verəcək?! Heç vaxt kiminsə ölümünə sevinmək olmaz. Hər şey Allahın əlindədir. Deməli qisməti orda ölmək imiş. Tanınmışların çoxu valideynləri qınayır. Gənclərin çoxu heç valideynə demir hara getdiyini. Uşaqlar da nə bilərdi ki, yazıqlar. Oturub orda bir stəkan çay içirlər də..”. (Demokrat.az)






