“Parkovşik”ə təpik atan qadının kimliyi bilindi
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda qadının parkinq nəzarətçisinə hücum etməsini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.
Sfera.az-ın məlumatına görə, hadisəni törədən qadının Sumqayıt şəhər sakini Günay Dayanova olması məlum olub.
Bildirilib ki, ictimai yerdə insident törədən G.Dayanova Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. O, ailəli və 2 uşaq anasıdır.
Qeyd edək ki, "Mitsubishi Outlander” markalı avtomobildən düşərək parkinq nəzarətçisinə hücum edən G.Dayanova inzibati məsuliyyətə cəlb edilib.





