Logo

Vilyam Hacıyevin həbs qoyulan 5 milyonluq əmlakının - SİYAHISI

Vilyam Hacıyevin həbs qoyulan 5 milyonluq əmlakının - SİYAHISI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

Sfera.az APA-ya istinadən istintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edir:

Bakı şəhərində yerləşən mənzil;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.

Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR