Logo

Şadlıq sarayında saxta içki aşkarlandı

Şadlıq sarayında saxta içki aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirdiyi monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış "Organic Line” nişanlı alkoqollu içkilər aşkarlayıb.

Bu barədə Sfera.az-a AQTA-dan məlumat verilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub. Müayinələrin aparılması üçün alkoqollu içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib. Araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR