Logo

Bakıda yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 07-də arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 6-sı axşam, 7-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Aprelin 05-i günün ikinci yarısından 07-si gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR