Güclü külək nəticəsində Bakıda 27 ağac sındı
Kateqoriya məlum deyil
Bakıda bu gün gecə saatlarından etibarən müşahidə olunan güclü külək bir sıra fəsad törədib.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, hazırkı vaxta qədər külək paytaxtın müxtəlif ərazilərində 27 ağacın sınması ilə nəticələnib.
Sınan budaqlar ərazidən götürülüb, ağaclar budanıb və ərazi təmizlənib.
(qafqazinfo)






