Logo

Sabah rayonlarda 22 dərəcə isti olacaq

Sabah rayonlarda 22 dərəcə isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aprelin 5-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR