Logo

FHN Qəbələdə yanğınla bağlı məlumat yaydı

FHN Qəbələdə yanğınla bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sfera.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR