Sudan istifadə hansı halda ödənişsizdir? - AÇIQLAMA
Sfera.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə "Sudan ödənişli istifadə Qaydaları"na edilən dəyişikliklərlə bağlı yaranan anlaşılmazlıqları şərh edərkən deyib.
Yeni qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.
Nazir müşaviri bildirib ki, yeni qaydalar Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə, ondan səmərəli istifadəyə və duzlaşma probleminin həllinə də kömək edəcəkdir.
O da bildirlib ki, ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə məqsədilə istifadə də ödənişsizdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






