Logo

Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər öldü, 1 nəfər yaralandı - RƏSMİ

Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər öldü, 1 nəfər yaralandı - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar məlumat yayıb.

Sfera.az-a daxil olan məlumatda deyilir:

"Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022 - ci il 31 mart tarxində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarınınçökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət alıb.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR