Logo

Əməkdar rəssam Rəşad Ələkbərov azadlığa buraxıldı - YENİLƏNDİ

Əməkdar rəssam Rəşad Ələkbərov azadlığa buraxıldı - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Sfera.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır.

***

Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.

Bu barədə APA-ya onun vəkili Adəm Məmmədov məlumat verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR