Logo

DİQQƏT: İxtisas seçimi bu gün başa çatır

DİQQƏT: İxtisas seçimi bu gün başa çatır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Milli.Az bildirir ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, 10 avqust saat 11:30-a olan məlumata görə, 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.
 
V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.
 
Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər.
 
Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR