Azərbaycanda yeni qurum yaradıldı
Kateqoriya məlum deyil
İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazirlikdən "Report"a verilən məlumata görə, şura Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanının icrası olaraq yaradılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxil edilib.






