Logo

Könül Nurullayeva rayon sakinlərini qayğılandıran məsələlərlə maraqlandı - FOTOLAR

Könül Nurullayeva rayon sakinlərini qayğılandıran məsələlərlə maraqlandı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, imtiyazlı şəxslərin ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi ilə bağlı vətəndaşın irəli sürdüyü təklif, Nizami rayonunu təmsil edən peşəkar futbol komandasının Azərbaycan Birinci Divizionunda iştirak etməsi üçün lisenziyanın verilməsi, fiziki sağlamlığını itirmiş vətəndaşın mənzil təminatı ilə əlaqədar yaşadığı çətinlik, işlə təmin olunma və s. məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR