Logo

Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, lakin axşama doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.

Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR