Logo

Avtoxuliqanların gecə şousu - ANBAAN VİDEO

Avtoxuliqanların gecə şousu - ANBAAN VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda iki avtomobilin yarışmasının görüntüləri anbaan kameraya düşüb.

Sfera.az xəbər verir ki, martın 25-də paytaxtın Neftçilər prospektində yarışa çıxan VAZ-2106 və VAZ-2114 markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edib.

Belə ki, prospekt boyunca yüksək sürətlə yarışan sürücülər Dəniz Vağzalının qarşısında avtomobillərin arasında şou göstərməyə çalışıblar.

Lakin onların qarşısına qəfildən maneə çıxıb. VAZ-2106 markalı avtomobilin sürücüsü maneədən yayınıb qaça bilsə də, digər sürücü idarəetməni itirərək avtomobili 180 dərəcə fırladıb.

Xoşbəxtlikdən hadisə faciəsiz nəticələnib. Yaxınlıqdakı yol polisi əməkdaşları dərhal VAZ-2114 markalı avtomobilin qarşısını kəsərək sürücünü sükan arxasından kənarlaşdırıblar.

Sözügedən görüntüləri təqdim edirik:

(avtosfer.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR