“Aeroflot” Bakıya uçuşları bərpa etdi
Kateqoriya məlum deyil
Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot” bu gündən etibarən Azərbaycana müntəzəm uçuşları bərpa edib.
Sfera.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib.
Bildirilir ki, bu gün ərzində Moskvadan Bakıya iki aviareys həyata keçirəcək.
Təyyarələr Bakı vaxtı ilə 12:00 və 14:25-də Azərbaycan paytaxtına yola düşəcəklər.
Qeyd edək ki, aviaşirkət martın 8-dən Bakı da daxil olmaqla, bütün beynəlxalq reysləri dayandırmışdı.






