Logo

Faktiki hava AÇIQLANDI

Faktiki hava AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi proqnozlaşdırılırdı.

Sfera.az xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib. Belə ki, Gəncə şəhərində martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.

"Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var".

G.Məmmədovanın sözlərinə görə, qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR