Novruz bayramı münasibətilə Göyçayda şəhid ailələri və qazilər ziyarət olundu - FOTOLAR
Kateqoriya məlum deyil
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və qazilərə baş çəkiblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.
Səksən evdə qonaq olan polis əməkdaşları ailələrin qayğıları ilə maraqlanıb,bayram münasibətilə onları təbrik edərək gətirdikləri sovqatları ailələrə təqdim ediblər.






