Logo

Fərqanə Qasımova Prezident İlham Əliyevə təşəkkür etdi - FOTO

Fərqanə Qasımova Prezident İlham Əliyevə təşəkkür etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova təltif edilib.

Sfera.az  xəbər verir ki, sənətçi tərəqqi medalına layiq görülüb. Əməkdar artistə medalını Mədəniyyət naziri Anar Kərimov təqdim edib.

Bu haqda Qasımova sosial şəbəkə hesabında bildirib. Xanəndə onu bu medala layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Cənab Prezidentə bu yüksək etimada görə dərin təşəkkürümü bildirirəm. Azərbaycan Mədəniyyətini təmsil etmək böyük şərəfdir".

Qeyd edək ki, Prezidenti İlham Əliyev ötən il oktyabrın 21-də Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist Fərqanə Qasımova Alim qızı "Tərəqqi” medalına layiq görülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR