Bu rayonun polis şöbəsinin əməkdaşları şəhid və aztəminatlı ailələri ziyarət edti - FOTOLAR
Kateqoriya məlum deyil
Qaxda bayram münasibətilə şəhid ailələri və aztəminatlı soydaşlarımız ziyarət olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərini, aztəminatlı soydaşlarımızı, eləcə də rayon ərazisində yaşayan etnik qrupların nümayəndələrini ziyarət ediblər.
Altmış ailəyə baş çəkən polis əməkdaşları onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar. Həmçinin, ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib, azyaşlılara isə hədiyyələr təqdim olunub.






