Logo

"Virusun yoluxuculuq qabiliyyəti artsa da..." - Baş infeksionist epidemiloji vəziyyətdən danışdı

"Virusun yoluxuculuq qabiliyyəti artsa da..." - Baş infeksionist epidemiloji vəziyyətdən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Hazırda ölkədə epidemioloji durum nəzarət altındadır və qənaətbəxşdir. "Omicron” ştamı ilə bağlı sonuncu dalğa sönməkdə davam edir, yəqin ki, stabilləşmək üzrədir”.

Sfera.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov epidemiloji vəziyyət barədə danışarkən bildirib.

Onun sözlərinə görə, virusun yoluxuculuq qabiliyyəti artsa da, ağır xəstəlik yaratma imkanı zəifləyir:

"Biz gördük ki, sonuncu alovlanmada yoluxma hallarının sayı rekord səviyyədə olsa da, ancaq xəstəxanaların yükü bir o qədər artmadı və səhiyyə sistemi asanlıqla işinin öhdəsindən gələ bildi.

Yəni vaxt keçdikcə virusun yoluxuculuq qabiliyyəti artsa da, ağır xəstəlik törətmək imkanları zəifləyir. Bunu əsas götürərək demək olar ki, pandemiyanın lokal epidemiyalara çevrilməsi prosesi gedir. Bu imkan verir ki, əvvəllər qəbul olunmuş məhdudiyyətlər tədricən aradan qaldırılsın və biz bunun şahidiyik”. ( Lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR