Putin Bakıya gəlib
Kateqoriya məlum deyil
Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasına səfərə gəlib.
Oxu.Az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Məlumata əsasən, gündəmdə iqtisadi-ticarət sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri yer alıb. Dövlət başçıları, həmçinin bir sıra regional və beynəlxalq problemləri müzakirə edəcəklər.






