Logo

Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq

Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Report"a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.

O qeyd edib ki, R.İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.

Xalq yazıçısı ilə vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR