Logo

Akvaparkda qəza: vəzifəli şəxsin oğlu öldü

Akvaparkda qəza: vəzifəli şəxsin oğlu öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-ın Kanzas ştatında akvarparkdakı su təpəciyindən eniş zamanı konqresmenin 10 yaşlı oğlu həyatını itirib.
Sfera.az report-a istinadən bildirir ki, hadisə ştatın Kanzas-siti şəhərində qeydə alınıb.

Xəbərə görə, ABŞ Konqresinin üzvünün 10 yaşlı oğlu 51 metrlik hündürlükdəki su təpəciyindən enərkən ölüb.

Bu təpəciyin adı almancadan tərcümədə mənası "dəlisov"dur. Akvaparkdakı əyləncəyə başlamaq üçün 264 pilləkən qalxmaq lazımdır. Təpəciyin hündürlüyü 51 metrdir. Bu, dünyada ən hündür təpəcik sayılır. Oradan saatda 110 km sürətlə enmək mümkündür.

Qəza ilə bağlı akvapark iki günlüyə bağlanıb. Polis hadisənin baş vermə səbəbini araşdırır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR