Logo

Vilayət Eyvazov sıra baxışı keçirdi - 161 nəfəri seçdi

Vilayət Eyvazov sıra baxışı keçirdi - 161 nəfəri seçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Martın 9-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) Sfera.az-a verilən xəbərə görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 161 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 33 nəfəri Vətən müharibəsinin iştirakçıları, 5 nəfəri isə şəhid ailələrinin üzvləri olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR