Logo

Sanksiyalar Azərbaycanı da “vuracaq”? – “Ziyan çəkən təkcə Rusiya olmayacaq”

Sanksiyalar Azərbaycanı da “vuracaq”? – “Ziyan çəkən təkcə Rusiya olmayacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna ilə müharibəyə başlamasından dərhal sonra Rusiyaya ard-arda tətbiq edilən iqtisadi sanksiyalar bu ölkəni iflasa yaxınlaşdırır. Rublun dəyər itirməsi isə həm də Rusiya ilə iqtisadi əməkdaşlıq edən ölkələr üçün iqtisadi ziyan anlamına gəlir.

Məlumdur ki, Azərbaycanın da bu ölkə ilə əhəmiyyətli iqtisadi-ticari əlaqələri var. İndiki halda isə müharibə şəraitində olan Rusiyanın bir qədər zəifləməsi, pul vahidinin aşağı düşməsi Azərbaycanla olan ticarət əlaqələrinə də təsirsiz ötüşməyəcək.

Maraqlıdır, Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycan-Rusiya iqtisadi münasibətlərinə necə təsir edəcək? Münasibətlərin perspektivi necə dəyərləndirilə bilər?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Gundem.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanın qeyri neft məhsulları ixracının təqribən 35%-i Rusiyanın payına düşür:

"Azərbaycanda kənd təsərrüfatı məhsulları, meyvəçilik istiqamətində fəaliyyət göstərən fermerlərin də əsas bazarı Rusiyadır. Bundan əlavə, Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Onlar mütəmadi olaraq Azərbaycana pul göndərirlər. Təkcə bir fakti qeyd etmək yerinə düşər ki, illik olaraq Azərbaycana göndərilən 1.2 milyard dolların yarısı Rusiyada yaşayan soydaşlarımızdan gəlir. Ümumiyyətlə isə son dönəmdə ticarət əlaqələrinin həcmində də artım dinamikası müşahidə olunur. Rusiyanın Azərbaycan üçün ciddi iqtisadi ticari əhəmiyyəti var. Orada yaşayan soydaşlarımızın pul göndərməsi burada sosial problemlərin həllində də əhəmiyyətli rol oynayır”.

Ekspert qeyd edib ki, mövcud sanksiyalara baxmayaraq, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr gələcəkdə də inkişaf edəcək:

"Doğrudur, sanksiyaların tətbiqi bizim üçün də başağrısına çevriləcək. Xüsusən də rublun dəyərdən düşməsi oradakı soydaşlarımızı da yoxsullaşdırır və eyni zamanda manat üzərində təzyiq formalaşdırır. Rublun ucuzlaşması bizim qeyri-neft ixracımızın bahalaşması deməkdir. Bu da bizə ziyandır. İstənilən halda Rusiyanın dünyadan təcrid edilməsi prosesi onun qonşu dövlətlərə olan marağını artıracaq və iqtisadi əlaqələr daha da genişlənəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR