Logo

Aslan İsmayılov üzr istədi

Aslan İsmayılov üzr istədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Bu gün Milli Məslisin keçmiş sədri Yaqub Məmmədov haqqında ad günü təbrikində yazdığım müsbət fikirlərə görə də hamınızdan üzr istəyirəm. Yaqub Məmmədovu uzun illərdir, tanıyırdım və onu səmimi, dürüst, müstəqilliyimizi sevən bir insan kimi dəyərləndirirdim. Bu gün onun Ukraynada baş verən hadisələrə görə Rusiyanı müdafiə edib, ABŞ günahlandırılması xəbərini oxuyan kimi dəqiqləşdirmə apardım. Elə bir fikrin söylənilmədiyi deyildi. Ona görə də xəbəri yayan Şərq qəzetinin təsisçisi Akif Aşırlı ilə əlaqə saxlayıb xəbərin yanlış olduğunu bildirdikdə o fikirlərin Y.Məmmədova məxsus olduğunu və səs yazısını yayacağına söz verdi və əməl etdi. Səs yazısından görünür ki, Y.Məmmədov Ukrayna hadisələrində birmənalı Rusiyanı müdafiə edir".

Bunu hüquqşünas Aslan İsmayılov bildirib.

"Mən prinsiplərimə əməl edən adamam, ona heç vaxt xəyanət etməmişəm və etməyəcəm. Xüsusilə, müstəqilliyimizlə bağlı ən doğmama belə yanlışlığı bağışlamaram. Bu gün bir daha başa düşdüm ki, uzun illər başımıza gələn faciələrin önündə rusbaşlar durur. Ukrayna faciəsində Rusiya hakimiyyətini müdafiə edənlərin hamısını müstəqiliyimizin düşməni, şərə qulluq edən və xaraktercə kölə sayıram. Rusiya hakimiyyəti və rus xalqına olan münasibətim fərqlidir" – A.İsmayılov qeyd edib./Pravda

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR