Logo

XİN-dən Xarkovdakı fəxri konsulluğumuzun binası ilə bağlı AÇIQLAMA

XİN-dən Xarkovdakı fəxri konsulluğumuzun binası ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Xarkov şəhərindəki fəxri konsulluğun binasının vurulması ilə bağlı məlumat yayıb.

Sfera.az XİN-ə istinadən xəbər verir ki, məlumatda Azərbaycanın fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir.

Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

"Fəxri konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər", - məlumatda qeyd olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR