İtaliyada təyyarə qəzası baş verdi
Kateqoriya məlum deyil
İtaliya saatı ilə səhər saat 04:00 radələrində DHL kargo şirkətinə aid bir təyyarə, Bergamo şəhərindəki "Orio Al Serio" hava limanına enərkən qəzaya uğrayıb. Təyyarə Parisdəki "Charles de Gaulle" hava limanından havaya qalxıb və Bergamo şəhərinə enərkən qəza baş verib. Təyyarə hava limanına yaxın olan yolu dağıdıb. Qəzada ölən və yaralanan yoxdur. Hadisə ilə bağlı hava limanının bir müddət bağlı olacağı elan edilib.






