Logo

"Gəncədə bəzi məhkəmə prosesləri və çıxarılan qərarlar “bazar qanunları”na əsaslanır”

"Gəncədə bəzi məhkəmə prosesləri və çıxarılan qərarlar “bazar qanunları”na əsaslanır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Güclü məhkəmə hakimiyyəti olmadan, güclü məhkəmə institutu ola bilməz. Bu istiqamətdə müəyyən addımlar atılsa da, görülən işlər yetərli deyil”.

Deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisin plenar iclasında söylədi. Ardınca deputat Gəncə şəhər məhkəmələrindən şikayətləndi və ordakı problemlərdən bəhs etdi:

"Gəncə camaatını hər zaman məcbur ediblər ki, yazılmamış qanunlarla yaşasınlar. Gəncədə bəzi məhkəmə prosesləri və çıxarılan qərarlar "bazar qanunları”na əsaslanır. Mənim müdaxiləmdən sonra da süründürməçilik davam edir. Məhkəmə nə vətəndaşın xeyrinə, nə də ziyanına qərar qəbul etmir”.

Q.Həsənquliyev mövcud vəziyyətlə əlaqədar Məhkəmə Hüquq Şurasına müraciət etdi. "Ombudsman müraciət edirsə və müvafiq sənədlər ona da təqdim olunmursa, görün vətəndaşa münasibət necədir. Biz Azərbaycanın ən böyük ikinci şəhəri Gəncədəki proseslərə diqqətimizi yönəltməliyik”,- deyə deputat bildirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR