Nazirlikdən hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.
Departamendən bildirilib ki, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.
Məlumata görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir.
Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42° isti olacağı gözlənilir
.






