Logo

Azərbaycanda ailə faciəsi

Azərbaycanda ailə faciəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Zülfüqar Rəhimov saat təqribən 06:00 radələrində həyat yoldaşı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, bıçaq zərbələrindən biri Gülnaz Rəhimovanın boynunun sağ hissəsinə, digər isə döş qəfəsinin sağ hissəsinə dəyib.

Səsə oyanan Zülfüqar Rəhimovun valideynləri kənd sakinlərinin köməyi ilə yaralını xəstəxanaya çatdırıb. Buna baxmayaraq, çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Zülfüqar Rəhimov hadisəni törətdikdən sonra qaçsa da valideynləri onu taparaq polisə təhvil verib. Yaxınlarının sözlərinə görə, 35 yaşlı Zülfüqar Rəhimovun əsəb xəstəsidir.

Müalicə həkimi İlham Süleymanovun verdiyi məlumata görə, Zülfüqar Rəhimovun kifayət qədər ciddi psixoloji problemləri olub. Gülnaz və Zülfüqar Rəhimovların 3 azyaşlı övladı var.

Qətlin törədildiyi yerə Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hadisə yerində müayinə aparılıb. Hazırda baş vermiş faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.(anspress.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR