Logo

Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda martın 4-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Gün ərzində qərb, şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 746 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında

Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR