Logo

Emin: "Özümü əsl azərbaycanlı kimi hiss edirəm" FOTOLAR

Emin: "Özümü əsl azərbaycanlı kimi hiss edirəm" FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Mən azərbaycanlıyam və öz vətənimlə fəxr edirəm. Hər dəfə Bakıya sevərək gəlirəm. Övladlarım doğma dildə danışırlar, Azərbaycan məktəbində təhsil alırlar”.

SİA-nın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Emin müsahibəsində deyib. 

O bildirib ki, Bakı haqqında mahnı oxumaqdan zövq alır:

"Hər dəqiqə dahi Müslüm Maqomayevi xatırlayıram. Öz adətlərimizi ən rəngarəng formada təbliğ etməyə çalışıram. Bakıda 3 il yaşamağıma baxmayaraq, özümü əsl azərbaycanlı kimi hiss edirəm. Bu hissləri içimdə heç zaman öldürə bilmərəm. Rusiyanı sevirəm, amma bu içimdəki Azərbaycan sevgisini üstələyə bilməz”.

Emin "Jara” festivalının 2017-ci ildə də baş tutacağından xəbər verib:

"İlk növbədə istəyirəm bu dəfə dörd gün davam etsin. Festivala təkcə Rusyadan yox, dünyanın başqa yerlərindən məşhurlar dəvət etməyi planlaşdırıram. İndi Amerika kanalları ilə danışıqlar aparıram ki, "Jara”nı okeanın o tayında da göstərsinlər. Bu zaman festival daha da məşhurlaşacaq”.
1news.

Emin: "Özümü əsl azərbaycanlı kimi hiss edirəm" FOTOLAR 
Emin: "Özümü əsl azərbaycanlı kimi hiss edirəm" FOTOLAR 
Emin: "Özümü əsl azərbaycanlı kimi hiss edirəm" FOTOLAR 
Emin: "Özümü əsl azərbaycanlı kimi hiss edirəm" FOTOLAR 
Emin: "Özümü əsl azərbaycanlı kimi hiss edirəm" FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR