Logo

Bakıda avtomobildə 200 kq mənşəyi məlum olmayan ət aşkarlandı

Bakıda avtomobildə 200 kq mənşəyi məlum olmayan ət aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi "Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Sfera.az-a verilən məlumata görə, avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.

S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR