Logo

Göyçayın yeni icra başçısı bu şəxs ola bilər - İDDİA

Göyçayın yeni icra başçısı bu şəxs ola bilər - İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Göyçay rayonun icra başçısı Mehdi Səlimzadə bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Sfera.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə yeni təyinatla əlaqədar üç namizədin şansları daha real sayılır.

Onlar Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədri Bəxtiyar İslamov.

Bəxtiyar İslamov 2016-ci ildən ‘’ASAN Könüllüləri’’ Gənclər Təşkilatının idarə heyətinin üzvüdür. 2019-cu ilin iyun ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsalar innovasiyalar şöbəsində çalışır. 2019-cu ilin iyul ayından YUNESKO-nun "İnformasiya hamı üçün” Proqramının Milli Komitəsinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin Təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın tərkib hissəsi olaraq təsis edilmiş "Ağıllı Şəhər Konsepti” üzrə yaradılmış işçi qrupunun üzvüdür. 2021-ci ilin 11 mart tarixində Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin təqdimatı əsasında YAP Gənclər Birliyinin sədri təyin olunmuşdur.

Göyçayın yeni icra başçısı bu şəxs ola bilər - İDDİA

Yevlax rayonun icra başçısı Anar Tağıyev

Prezident İlham Əliyevin 31 oktyabr 2019-cu ildə imzaladığı sərəncamla Tağıyev Anar Aqil oğlunun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Anar Tağıyev 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə işşöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən2019-cu ilə qədər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

Göyçayın yeni icra başçısı bu şəxs ola bilər - İDDİA

və Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayevdir.

İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

2021-ci il noyabrın 29-da Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilib.

Göyçayın yeni icra başçısı bu şəxs ola bilər - İDDİA

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR