"Neftçi"nin futbolçusu dünyasını dəyişdi - FOTO
Kateqoriya məlum deyil
"Neftçi" klubunun veteran futbolçusu Valeri Hacıyev 75 yaşında ikən vəfat edib.
Bu barədə report-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, V.Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhum yanvarın 9-da Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, Valeri Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. Hazırda həmin heyətdən yalnız Kazbek Tuayevlə Yaşar Babayev qalıb. V.Hacıyev baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çalışıb. 






