Logo

“Günel atası vəzifəli şəxsin şoferi olan sevgilisinə güvənirdi” - FOTOLAR

“Günel atası vəzifəli şəxsin şoferi olan sevgilisinə güvənirdi” - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Günelin Asim adlı sevgilisi var, Asimin atası vəzifəli şəxsin şoferidir. Ona görə də Günel Asimə
güvənib “xod” gedirdi”. 
Bu sözləri musavat.com saytına açıqlama verən “Qızıl Məryəm”i öldürməkdə ittiham
olunan Günel Hüseynovanın yaxınlarından biri deyib. 
Son günlər məşhur qızıl satan Məryəm Namidzadənin öz qızı Günel Hüseynova tərəfindən 
öldürülməsi mətbuatın əsas mövzusuna çevrilib. Qohumları ilə birlikdə 43 bıçaq zərbəsi 
nəticəsində öz anasını öldürən Günel Hüseynova fotomodeldir. 
O, tanınmış məkanların da siması olub. Onun da anası kimi şou-biznes nümayəndələri ilə
gözəl münasibətləri var.   
“Günel atası vəzifəli şəxsin şoferi olan sevgilisinə güvənirdi” - FOTOLAR
Günel Hüseynovanın yaxınlarından biri saytımıza açıqlama verib. O, bildirib ki, 
Günel ilə yaxın rəfiqə olan müğənni Mətanət Əsədova televiziya çəkilişlərini Məryəmin evində aparırıdı:
“Günelin Asim adlı sevgilisi var idi, Asimin atası vəzifəli şəxsin şoferidir. Günel Asimə güvənib “xod” gedirdi.
Deyirdi ki, Asimin atasının sözü hər yerdə keçir, ona heç kim, heç nə edə bilməz. Müğənni Mətanət Əsədova 
ilə yaxın rəfiqə idilər. Mətanətin öz evi olaraq, televiziyalarda təqdim etdiyi ev Məryəmin evidir. O, çəkilişləri
Məryəmin evində aparırdı. Bilirəm ki, Günel ötən il klipmeyker Zöhrab Ağayev (Zorik) ilə İstanbula getmişdi,
orada kinoya çəkilirdi. Sosial şəbəkələrdə yayılan fotolar da kino çəkilişindəndir. O, “Lady Sharm” gözəllik 
salonunun siması olub, salonun açılışında da iştirak edib”.
“Günel atası vəzifəli şəxsin şoferi olan sevgilisinə güvənirdi” - FOTOLAR
Haqqında deyilənlərə aydınlıq gətirmək üçün müğənni Mətanət Əsədova ilə əlaqə saxladıq. 
O, Məryəmgilin evində çəkiliş apardığı haqda danışmaq istəmədi: “Mən bu haqda danışmaq 
istəmirəm. Xahiş edirəm ki, məni Günel barədə də narahat etməyin. Mənim bacım, 
qohum-əqrəbam deyil. Mən də onları camaat kimi tanıyıram. Hamı məni yığır, cavab 
verməkdən yoruldum. Onları milyon insan tanıyır, onlardan soruşun”.
“Günel atası vəzifəli şəxsin şoferi olan sevgilisinə güvənirdi” - FOTOLAR
Klipmeyker Zöhrab Ağayev isə Günellə işbirliyinin olmadığını, onu Məryəmə görə 
tanıdığını qeyd etdi:“Günel fotomodel olub, anasının xahişi ilə onun fotosessiyasını etdirmişəm. 
Mənim nə filmimdə, nə də klipimdə çəkilib. Güneli anasına görə tanımışam. Məryəm çox gözəl, 
savadlı, alicənab qadın olub, övladı üçün hər şeyi edib, nəvəsinə də o baxırdı. Günelə avtomobil 
də almışdı. Onların evində qonaq olmuşam, mehriban idilər, can deyib, can eşidirdilər. Elə ananı 
qətlə yetirmək vəhşilikdir. Məryəm ilə yaxın dost idik, zəngləşib, görüşürdük. İki ildir ki İstanbulda
yaşayıram, sonuncu dəfə Bakıya gəlişim Məryəmin ölümü ərəfəsinə düşdü. Məryəmin ölümündən 
əvvəlki gün yazışdıq ki, görüşək. Ölümü günü yasa getdim, Günel ağlayırdı. Deyirdi ki, kaş onu
öldürərdilər. Məryəmi Günelin öldürdüyünü eşidəndə şoka düşdüm. İndiyə kimi inana bilmirəm ki, 
elə anaya qıyıb”. 
G.Hüseynovanın siması olduğu “Lady Sharm” salonundan isə bildirdilər ki, Günel
Hüseynovanı tanımırlar:“Mən salonun müdirəsiyəm. Bir aydır ki, buranı işlədirəm. 
O xanımı tanımıram, onun salonumuzun siması olduğunu bilmirəm. O xanımı salonumuzda görməmişəm”. 
“Günel atası vəzifəli şəxsin şoferi olan sevgilisinə güvənirdi” - FOTOLAR
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 
1960-cı il təvəllüdlü və xüsusi amansızlıqla öldürülmüş Məryəm Namidzadənin meyiti yaşadığı evdə aşkar edilib. 
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının
həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin 
mərhumun qızı Günel Hüseynova və qohumları olması müəyyən edilib. (müsavat.com)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR