Logo

“Azərbaycanlıların Xocalıya qayıtması təmin edilməlidir” - Qüdrət Həsənquliyev

“Azərbaycanlıların Xocalıya qayıtması təmin edilməlidir” - Qüdrət Həsənquliyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Çox təəssüf ki, Xocalı cinayətini törədənləri məsuliyyətə cəlb edə bilməmişik”.

Sfera.az xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat fikirlərini bu cür davam etdirib:

"Bizim Xocalıda qətlə yetirilmiş qadın və uşaqlarımızın ruhu o zaman şad olar ki, Xocalı sakinləri öz yurdlarına qayıtsınlar. Təklif edirəm ki, biz Rusiya Federasiya Şurasına və Dumasına müraciət etməliyik. sülhməramlılar erməni icmasının inteqrasiyası istiqamətində konkret addımlar atmalıdırlar. Azərbaycanlıların Xocalıya qayıtmasını təmin etsinlər.

BMT-yə Azərbaycan dövləti adından müraciət etməliyik ki, bu cinayəti törədənlər cəzalansınlar.

O qədər sadəlöhv deyiləm. Bilirəm ki, beynəlxalq hüququn ayaq altına atıldığı, böyük dövlətlərin istədiklərini etikləri dövrdə bunu etmək mümkün olmayacaq. Təhlükəsizlik Şurasının üzvləri istədiklərini edirlər".

(bizim.media)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR